Təbii kollagen yaradan qidalar


Digərləri 24 İyl 2021 17:58:00 275 0

Təbii kollagen yaradan qidalar

Sağlamlıq və gözəllik üçün orqanizmdə kollagenin zəngin olması önəmlidir. Yaş artdıqca isə orqanizm kollagen istehsalını azaldır. Məsələn, 25 yaşdan sonra kollagen istehsalı 10-20 faiz azalırsa, 35-dən sonra 60-80 faiz azalır. Bu maddə təkcə üzün yox, bütün bədənin yaşlanmasının qarşısını alır.

Son.az axşam.az-a istinadən bildirir ki, kollageni dərman formasında qəbul etmək mümkündür. Amma onu təbii qidalarla da qəbul edə bilərik.

Ağ balığın - tərkibində kollagen var. Buna görə də tez-tez istifadə etməyə üstünlük verin. O, orqanizmdə kollagen istehsalını artırır.

Su yosunu - tərkibi amin turşular və qlisinlə zəngindir. Bu maddələr kollagen yaranmasına kömək edir.

Sarımsaq - Tərkibi C vitamini ilə zəngindir. Eyni zamanda kollageni də artırır.

Qırmızı və bənövşəyi meyvələr - ən zəngin kollegen vasitədir. Tərkibi kollegeni artıran C vitamini ilə zəngindir.