Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb


Digərləri 24 İyl 2021 17:44:00 151 0

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb

2021-ci ilin yanvar-iyun ayları üzrə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, qeyd olunan müddət ərzində kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 4 milyard 370,4 milyon manat təşkil edib ki, onun da 2 milyard 153,7 milyon manatı heyvandarlıq, 2 milyard 216,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 5,6 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,4 faiz, bitkiçilik məhsulları üzrə isə 8,9 faiz artıb.