QırğızıstanTacikistan sərhədində atışma olub


Dünya 24 İyl 2021 15:28:00 258 0

QırğızıstanTacikistan sərhədində atışma olub

Qırğızıstanla Tacikistan sərhədində atışma baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Qırğızıstanın Dövlət Sərhəd Xidməti bildirib.

Qeyd olunur ki, səhər saatlarında sərhədyanı Batken rayonunda yerli sakinlər arasında mübahisə yaranıb. Mübahisə nəticəsində hər iki ölkənin sərhədçiləri arasında kiçikmiqyaslı atışma qeydə alınıb.

Hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir. Hazırda bölgədə danışıqların davam etdiyi bildirilib.

Xatırladaq ki, aprelin 29-30-da Qırğızıstan-Tacikistan sərhədində silahlı münaqişə baş vermişdi. İnsident nəticəsində hər iki tərəfdən 50-dən çox şəxs həlak olmuş, 260-dan çox şəxs yaralanmışdı.