Bakıda 3 avtomobil toqquşub, yaralılar var VİDEO FOTO


Digərləri 24 İyl 2021 14:34:00 109 0

Bakıda 3 avtomobil toqquşub, yaralılar var  VİDEO  FOTO

Bakıda ağır yol qəzası olub.

Son.az-ın məlumatına görə, Binəqədi rayonunda "Shacman" markalı yük avtomobili ilə "Nissan" və "Mercedes" markalı minik avtomobilləri toqquşub. Avtomobillərdən ikisinin sürücüsü xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.