Azərbaycanın atdığı addımlar tarixi ənənələrə, siyasi varisliyə söykənir


Siyasət 24 İyl 2021 14:28:00 107 0

Azərbaycanın atdığı addımlar tarixi ənənələrə, siyasi varisliyə söykənir

"İki gün öncə Gəncə şəhərində səfərdə olan Prezident İlham Əliyev Ermənistanın günahsız insanlara və ölkə infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumunun səbəb olduğu cinayət səhnələri ilə tanış olub, həmin xarabalıqlarda erməni vandalizminin və terrorunun qurbanlarını yad edib, düşmənin xarabazara çevirdiyi ərazilərdə gül dəstələri düzüb"

Bunu Son.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, biz keçmişi, başımıza gətirilən müsibətləri unutmamalıyıq və tarixdən dərs çıxarmalıyıq:

"Prezident Azərbaycan Televiziyasına müsahibəsində də bildirib ki, Azərbaycan xalqı heçnəyi unutmamalıdır. Bəli, bu gün 44 günlük müharibədən sonra yeni geosiyasi, geoiqtisadi münasibətlər sistemi formalaşıb. Lakin Azərbaycanın atdığı rasional və proqmatik addımlar tarixi ənənələrə, siyasi varisliyə söykənir. Buna görə də Azərbaycan xalqı çox xeyirxah, xoşniyyətli xalq olsa da tarix boyu bizə qarşı olan cinayətləri insanlıq əleyhinə, bəşəriyyət əleyhinə törədilən cinayətləri Azərbaycan xalqı heç vaxt unutmamalıdır. Bəzi məqamlarda bu cür hallar olur, dünyanın müxtəlif bölgələrində azərbaycanlılarla ermənilər düşmənçiliyi unudurlar və müxtəlif isti yanaşmalar müşaiyət olunur. Amma Prezidentin dediyi kimi, bu heç vaxt erməni vəhşiliyini, Xocalı soyqırımını, torpaqlarımızın işğala məruz qalmasını, burada törədilən vandalizm aktlarının, azərbaycanlıların tikdikləri evlərin daşlarının, dam örtüklərinin dağıdılmasını, uçurulmasını və Ermənistana daşınmasını heç vaxt unutmamalıyıq və unutmayacağıq. Eyni zamanda bunu unutdurmağa da imkan verməyəcəyik. Bakıda Hərbi Qənimətlər Parkının yaradılması və ermənilərin işğal dövründə həmin ərazilərdə çəkdiyi istehkamlar, sədlər, maneələrin, məhv edilmiş, sıradan çıxarılmış texnikanın nümayiş olunması da onu göstərir ki, biz gənclərimizə də başımıza gətirilən müsibətləri heç vaxt unutdurmağa qoymayacağıq. Həmin ərazilərdə bu gün Azərbaycan gəncləri erməni terrorunu öz gözləri ilə əyani şəkildə görürlər. 

Bu, mənəvi, ideoloji müstəvidə olan mübarizənin tərkib hissəsidir. Çünki müxtəlif dəyişikliklər baş verə bilər. Ola bilsin ki, istənilən formada Ermənistanla iqtisadi münasibətlər formalaşsın, ticarət dövriyyəsi Zəngəzur dəhlizinin açılmasından sonra baş versin, dayanıqlı sülhün təmin olunması üçün müxtəlif addımlar atılsın. Lakin heç bir vəchlə biz tarixi unutmamalıyıq və tarixdən dərslər çıxarmalıyıq. Çünki həm 1905-ci ildə, həm 1918-ci ildə, eləcə də XX əsrin sonlarında ermənilərin törətdikləri vəhşilikləri, soyqırımı, vandalizmi unutmamalıyıq.  

44 günlük müharibə dövründə də Ermenistan mülki insanlara, mülki infrastruktur obyektlərinə raket zərbələri endirdi. Gəncənin, Bədənin qadağan olunmuş raketlərlə vurulması da bunu göstərir. Eyni zamanda Tərtər, Ağcabədi, Mingəçevir və digər cəbhə bölgəsindən uzaq olan ərazilərə davamlı olaraq raket, artilleriya zərbələri endirilirdi. Buna görə də, bütün bu hadisələr ermənilərin sülhdən uzaq xislətindən, bizə olan kinindən, nifrətindən xəbər verir. Daim hədəflərində mülki, dinc, silahsız insanlar olur və məqsədləri hər zaman Azərbaycan əhalisi arasında xof, panika yaratmaqdır ki, bununla öz məqsədlərinə çatmağa çalışıblar.

XX əsrin sonlarında, Azərbaycanın iqtisadi, hərbi, siyasi cəhətdən zəif olduğu dönəmlərdə bunu etməyi bacardil, Xocalı soyqırımını törətdilər. Lakin bu gün tamamilə başqa bir Azərbaycan var. Düşməndən qisas almaq hissi ilə yaşayan bizim gənclərimiz var. Və onlar həmin əliyalın çıxdıqları ərazilərdən bu gün ora tank üstündə qəhrəman, Müzəffər Ordunun hərbi qulluqçuları kimi qayıtdılar. Həmin hərbi qulluqçulara və eyni zamanda qəhrəmancasına Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan, sağlamlığını itirən hərbi qulluqçulara biz bu gün borcluyuq". 

Təhməz Əsədov Son.az

Xocavənddə minalanmış ərazidəki yanğın söndürüldü like
  • 24 İyl 14:21  
Digərləri Xocavənddə minalanmış ərazidəki yanğın söndürüldü

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə

arrow Ətraflı
Miqrasiya xidmətindən bu şəxslərə müraciət like
  • 24 İyl 14:14  
Digərləri Miqrasiya xidmətindən bu şəxslərə müraciət

Nazirlər Kabinetinin 22 iyul 2021-ci il tarixli, 220 nömrəli Qərarı ilə ö

arrow Ətraflı
"Kral"ın da sahibi cərimələnib like
  • 24 İyl 14:07  
Digərləri "Kral"ın da sahibi cərimələnib

Lənkəran şəhəri, Mamutsa kəndi ərazisində fəaliyyət göstərən "

arrow Ətraflı
Koronavirusa yoluxan məşhurun son durumu like
  • 24 İyl 14:01  
Şou-biznes Koronavirusa yoluxan məşhurun son durumu

Koronavirusa yoluxan türkiyəli aktrisa Tuba Büyüküstün 4 gün xəstəxanad

arrow Ətraflı
Hərbi Prokurorluqdan Vüsal Babayev ilə bağlı məlumat like
  • 24 İyl 13:41  
Digərləri Hərbi Prokurorluqdan Vüsal Babayev ilə bağlı məlumat

Ehtiyatda olan polkovnik Vüsal Babayev 2020-ci ilin yay aylarında Səfərbərl

arrow Ətraflı
Keşikçidağda qazıntılar zamanı Tunc dövrünə aid kurqanlar aşkar edildi  FOTO like
  • 24 İyl 13:34  
Digərləri Keşikçidağda qazıntılar zamanı Tunc dövrünə aid kurqanlar aşkar edildi FOTO

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Q

arrow Ətraflı
Nazirlər Kabineti bu qaydalara dəyişiklik etdi like
  • 24 İyl 13:21  
Digərləri Nazirlər Kabineti bu qaydalara dəyişiklik etdi

"Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasın

arrow Ətraflı
Rusiyada COVID19dan ölənlərin sayı 153 mini keçib like
  • 24 İyl 13:14  
Dünya Rusiyada COVID19dan ölənlərin sayı 153 mini keçib

Rusiyada son sutka ərzində daha 23 947 nəfər yeni növ koronavirus (COVID-19

arrow Ətraflı
Sabah hava küləkli olacaq like
  • 24 İyl 13:07  
Digərləri Sabah hava küləkli olacaq

İyulun 25-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Azərbaycan iqtisadiyyatında canlanma like
  • 24 İyl 12:59  
Siyasət Azərbaycan iqtisadiyyatında canlanma

"Pandemiya bütün dünyada iqtisadi tənəzzülə səbəb oldu, iqtisadi i

arrow Ətraflı
Sumqayıtda "Hyundai" yandı like
  • 24 İyl 12:52  
Digərləri Sumqayıtda "Hyundai" yandı

Sumqayıt şəhərində "Hyundai" markalı minik avtomobilinin mühər

arrow Ətraflı
Magistraturaya qəbul olmuş şəxslərin elektron qeydiyyatı bu tarixdə başa çatır like
  • 24 İyl 12:46  
Digərləri Magistraturaya qəbul olmuş şəxslərin elektron qeydiyyatı bu tarixdə başa çatır

Ali təhsil müəssisələrinin və AMEA-nın magistratura səviyyəsinə qəbul

arrow Ətraflı
Alpinistlərin itmiş xatirə lövhəsi tapılıb  FOTO like
  • 24 İyl 12:39  
Digərləri Alpinistlərin itmiş xatirə lövhəsi tapılıb FOTO

Son günlər sosial şəbəkələrdə 2017-ci ildə qar uçqununda həlak olmuş

arrow Ətraflı
Ermənistanda son sutkada COVID1a 250 yoluxma qeydə alınıb like
  • 24 İyl 12:32  
Dünya Ermənistanda son sutkada COVID1a 250 yoluxma qeydə alınıb

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasın

arrow Ətraflı
Ağdaşda da "patı" satanlar saxlanıldı like
  • 24 İyl 12:25  
Digərləri Ağdaşda da "patı" satanlar saxlanıldı

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitəl

arrow Ətraflı