Nazirlər Kabineti bu qaydalara dəyişiklik etdi


Digərləri 24 İyl 2021 13:21:00 121 0

Nazirlər Kabineti bu qaydalara dəyişiklik etdi

"Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar"da dəyişiklik edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən Azərbaycana uçuşlar edən bütün aviadaşıyıcılar əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri aşağıdakı şərtlərlə sərnişinləri reysə qəbul edirlər:

- Yaşı 18-dən yuxarı sərnişinləri - yalnız COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;

- Yaxın qohumu Azərbaycan Respublikasının vətəndaşı (valideynlərindən biri, bacısı, qardaşı, əri, arvadı və ya övladı, babası, nənəsi və nəvəsi) olan sərnişinləri, o cümlədən belə sərnişinlərin ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) - qohumluq dərəcəsini təsdiq edən sənəd və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;

- 18 yaşınadək (1 yaşınadək uşaqlar istisna olmaqla) sərnişinləri - yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında