Azərbaycan iqtisadiyyatında canlanma


Siyasət 24 İyl 2021 12:59:00 143 0

Azərbaycan iqtisadiyyatında canlanma

"Pandemiya bütün dünyada iqtisadi tənəzzülə səbəb oldu, iqtisadi inkişafın qarşısını aldı. iqtisadi artım tempi aşağı düşdü. Amma ümumi götürdükdə biz müşahidə edirik ki, Qarabağ müharibəsi və onun yaratdığı fürsətlər Azərbaycana iqtisadi inkişaf üçün yeni perespektivlər açır".

Bunu Son.az-a açıqlamasında siyasi analitik Turab Rzayev deyib.

O, bildirib ki, Qarabağda yeni yaşayış məskənlərinin salınması iqtisadiyyatımızın daha da inkişafına təkan olacaq:

"Qarabağ müharibəsnin yaratdığı fürsətlər nəticəsində Azərbaycan turizm potensialını həddindən artıq genişlndirə bilər. Tarixi abidələrlə zəngin Şuşa şəhəri işğaldan azad olundu. Bundan başqa Azərbaycanın müşə massivinin böyük bir hissəsinin yerləşdiyi Kəlbəcər, Qubadlı, Laçın rayonlarının və bəzi digər ərazilər işğaldan azad edildi ki, bunun da nəticəsində həmin ərazilərdə turizm potensialı, yay-meşə turizmi inkişaf etdirilə bilər.  

Naftalan şəhərində də bizim müalicə mərkəzlərimiz var idi. Amma o ərazimiz də təhdid altında olduğuna görə insanlarımız bir ehtiyyat edirdilər. İndi isə insanlar rahat şəkildə həm Naftalan, həm də Naftalandan Suqovuşan istiqamətində istirahətə gedə bilərlər. Üstəlik Qarabağ dağlıq ərazisində bir neçə su elektrik stansiyası, təbii və süni gölləri də düşmən işğalından azad etdik, bizim nəzarətimizə keçib. Hansı ki, bunun nəticəsində orada balıqçılıq təsərüffatını inkişaf etdirə bilərik, elektrik enerjisi istehsalına müsbət təsiri olacaq.

Suqovuşan anbarının bizim nəzarətimizə keçməsi ən azı bir 15-20 min hektar ərazinin suvarılmasında müsbət təsir gösətərəcək, məhsuldarlıq artacaq. Bundan əlavə, biz işğaldan azad olunmuş ərazilərin enerji potensialından da istifadə edə bilərik. Artıq meşə materialları orada yandırıla bilər ki, bunun nəticəsində bioenerji əldə edilə bilər. Xüsusilə Zəngilan, Cəbrayıl, Füzuli rayonlarının böyük günəş elektrik potensialı var, Kəlbəcər və Laçın rayonlarında isə külək enerjisindən istifadə edilə bilər. Əlavə olaraq işğaldan azad edilən ərazilərdə mədən sənayesi də inkişaf edə bilər. Kəlbəcərdə gümüş, mis, qızıl və s. yataqları var ki, biz bunu istismar edə bilərik. 

İnfrastrukturu tamamilə dağıdılan Qarabağda yeni yaşayış məskənlrinin salınması məqsəi ilə məcburuq orada böyük bərpa işləri görək, yollar, elektrik xətlər, optik kabellər çəkək ki, bu da yeni iş yerlərinin yaranması deməkdir. Bu proseslər də iqtisadiyyatımızda bir canlanmaya səbəb olacaq".

Təhməz Əsədov Son.az