Həyətində 85 nəfərlə toy keçirən kişi cərimələndi


Digərləri 24 İyl 2021 11:45:00 152 0

Həyətində 85 nəfərlə toy keçirən kişi cərimələndi

Salyan Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Son.az-a verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayonun Kürsəngi kənd sakini Mehman Bəkirovun fərdi yaşayış evinin həyətində təyin olunmuş qaydaları pozaraq 85 nəfərin iştirakı ilə toy məclisi keçirdiyi müəyyən olunub.

Aşkarlanan qayda pozuntusu ilə bağlı ev sahibi və məclisdə iştirak edən şəxslər barəsində qanunamüvafiq tədbir görülüb.