"Modern Park"ın inzibatçısı da toya görə cərimələndi


Digərləri 24 İyl 2021 11:07:00 121 0

"Modern Park"ın inzibatçısı da toya görə cərimələndi

Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində yerləşən şadlıq sarayında təşkil olunan toy məclisində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Son.az-a verilən məlumata görə, tədbirlər zamanı "Modern Park" şadlıq sarayında keçirilən toy mərasimi ilə bağlı məlumatların "icaze.e-gov.az" portalında qeydiyyatdan keçirilməməsi aşkarlanıb.

Aşkarlanan qayda pozuntuları ilə bağlı sarayın inzibatçısı barəsində qanunamüvafiq tədbirlər görülüb.