Aktrisa yas günü konsert verdiyini yalanladı


Şou-biznes 24 İyl 2021 10:12:00 107 0

Aktrisa yas günü konsert verdiyini yalanladı

Türkiyəli müğənni Demet Akalın yaxın dostu Alişanın qardaşı Səlçukun vəfatından sonra konsert verməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

Son.az axsam.az-a istinadən xəbər verir ki, sənətçi İnstaqramda yayılan məlumatların yalan olduğunu deyib: "Mən iki gündür Alişanın yanındayam. Məni bu işlərin içinə salmayın. İnsanlar ağrılıdır. Səhər qəbiristanlıqda idim. Ayıbdır, günahdır. Danışacaq çox şey var, gözünün yaşı dinməyən ailəni düşünən yoxdur. İnsan qəbiristanlıqda nə olduğunu başa düşür, gələn varsa, bilərdi".

Qeyd edək ki, Alişanın qardaşı koronovirusdan vəfat edib.