Hacıqabulda "patı" satan şəxs saxlanıldı


Digərləri 24 İyl 2021 09:23:00 128 0

Hacıqabulda "patı" satan şəxs saxlanıldı

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, 27 yaşlı İbrahim Baxşiyev saxlanılaraq polis şöbəsinə gətirilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Son.az-a verilən məlumata görə, burada onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.