Rusiyada təyyarə qəzaya uğrayıb,


Dünya 24 İyl 2021 08:43:00 114 0

Rusiyada təyyarə qəzaya uğrayıb,

Rusiyanın Xabarovsk diyarında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə yerinə xilasedicilərdən ibarət operativ qrup göndərilib.

Məlumata əsasən, Kalinka kəndi yaxınlığında baş verən qəza nəticəsində 1 nəfər həlak olub, 1 nəfər isə xəsarət alıb.

Bildirilir ki, xəsarət alan şəxs xəstəxanaya çatdırılıb, onun vəziyyəti barədə məlumat yoxdur.