Bölmələrimiz tərəfindən havaya heç bir PUA qaldırılmayıb


Siyasət 24 İyl 2021 07:05:00 145 0

Bölmələrimiz tərəfindən havaya heç bir PUA qaldırılmayıb

Ermənistan mətbuatının guya Azərbaycana məxsus PUA-nın Vedi rayonunun Arazdəyən kəndi üzərində vurulması barədə yaydığı xəbər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Müdafiə Nazirliyindən Mill.Az-a verilən məlumata görə, bölmələrimiz tərəfindən havaya heç bir PUA qaldırılmayıb.