"Ürəyimin odu sönüb, közü isitmir" 80 yaşını qeyd edən Flora Kərimova FOTO


Şou-biznes 24 İyl 2021 03:13:00 111 0

"Ürəyimin odu sönüb, közü isitmir"  80 yaşını qeyd edən Flora Kərimova  FOTO

Bu gün Xalq artisti Flora Kərimovanın doğum günüdür. Sevimli müğənnimiz 80 yaşını qeyd edir. Ağdamın işğalı gününə düşdüyü üçün o heç vaxt ad gününü keçirmirdi. Ağdam azaddır, amma o yenə də ad gününü qeyd etmir. Bəs indi səbəb nədir? Əfsanəvi müğənni ürəyini sıxan dərdləri azvision.az ilə bölüşüb.

- Flora xanım, ötən il də sizinlə doğum günü müsahibəsi etmişdim. O zaman Ağdamın işğalı gününə düşdüyü üçün heç vaxt qeyd etmədiyinizi demişdiniz. Bu il isə hər şey fərqli oldu... - Qarabağın azadlığı uğrunda savaş bizə fərəh, qürur verdi. Namusumuzu bir daha təsdiq etdi. Dövlət başçımız, övladlarımız sağ olsun. Şəhidlərimizin məzarı nurla dolsun. Şəhid analarının gözünün yaşı qurumayıb, ona görə də mənim üçün 23 iyul Ağdam günü kimi qalır. Nə qədər yaşayacağımı bilmirəm. Torpağımız son məsafəsinə qədər azad olunmayana qədər mənim üçün ad günü yubileyi yoxdur. Qarabağın geri qaytarılması qanımızın, cavanlarımızın canının, genofondumuzun bahasına başa gəlib. Neçə gəlin ocaq başında qismətin gözləyir, neçə övlad ata nəvazişindən məhrum olub. Mən indi yubiley qeyd edə bilərəmmi?! (ağlayır). Vicdan cəladdır, qızım. O səninlə addımlayır, yaxud, səndən çox qabaqda gedir ki, hansısa sayğısızlığına sipər olsun. O insandan kənarda olan, insana diqtə edən, idarə edən böyük qüdrətdir. Onu da yaradan insana ya verər, ya verməz.

Ona görə də, nə qədər bayram olursa-olsun, vicdan buna icazə verməz. Millət olaraq yaralıyıq. Ürəyimiz qan ağlayır. Bu yaxınlarda bir ana şəhid balasına toy edirdi, onun üçün xonça bəzəmişdi. Bunu görüb özümə necə ad günü keçirə bilərəm?!

- Şuşanı gedib gördünüz. Budamı əhvalınızı açmadı ? - Mən ora millətimin bir fərdi olaraq, qalib kimi getdim. Ancaq hər addımımda torpağa axan cavanlarımızın qanını hiss edirdim. İnanırsınız ki, o torpağa ayaq basmaq da günahdır. Çünki torpağa hopan şəhid qanı var. Orada gəzməyi belə adam özünə rəva bilmir. Yadıma Şuşanın nəyin bahasına alındığı düşəndə içim göynəyir. Mənim 80 yaşım var. Mən bu torpağın pis gününü də, yaxşı gününü də gördüm.

- Gəlin, söhbətimizin bir az səmtini dəyişək. Yaşa qayıdaq. Deyirlər, yaş kişinin var-dövlətidir. Bəs bir xanım üçün yaş nə deməkdir? - İllərin taleyi, dərd, gözüyaşlı həyat, hansısa bir addımlarıyla yaralı ürəyi sevindirmək cəhdidir yaş.

Həmişə deyirlər ki, "qəlbin cavan olsun, ürəyin qocalmasın". Mən bu sözü sevmirəm. Zəhləm gedir. Əzab çəkən insanın ürəyi ancaq arsız olarsa, qocalmaz. Ona görə də, özümü arsız insanlara aid etmirəm. Allah bunu mənə rəva görmədi. Hər şeyə reaksiyam gözümün yaşı olur. Mənə elə gəlirdi ki, bu müharibə çoxlarına dərs olacaq. İnsanların şüurunu dəyişəcək. Amma belə olmadı. Bir müddət əvvəl məmurun şəhid anasına hörmətsizliyini görəndə başa düşdüm ki, qanmazı heç kim və heç nə islah edə bilməz. O qadının oğlu sağ olsaydı, sən ona belə hörmətsizlik edə bilərdinmi? Səni parça-parça edərdi. Və sən buna da layiqsən. Bu cür insanlar urvatsız yaşayıb, urvatsız da ölür.

Qadınların kişilər haqqında bilmədiyi faktlar like
  • 24 İyl 03:02  
Digərləri Qadınların kişilər haqqında bilmədiyi faktlar

Açıqsözlülük Psixoloqlar çoxdan sübut ediblər ki,kişilərin onlara üs

arrow Ətraflı
Serenaydan bikinili tətil pozları  FOTO like
  • 24 İyl 02:29  
Şou-biznes Serenaydan bikinili tətil pozları FOTO

Havaların isinməsiylə tətil sezonunu açan Türkiyə məşhuru Serenay Sarı

arrow Ətraflı
Şəbnəmin başına iş gəlib: "Gözümün yaşı dayanmadı" like
  • 24 İyl 02:19  
Şou-biznes Şəbnəmin başına iş gəlib: "Gözümün yaşı dayanmadı"

Müğənni Şəbnəm Tovuzlunun başına iş gəlib.

arrow Ətraflı
Kişilər və qadınlar haqqında maraqlı faktlar like
  • 24 İyl 02:02  
Digərləri Kişilər və qadınlar haqqında maraqlı faktlar

Kişilər və qadınlar arasında olan fərq yalnız onların arasında olan ana

arrow Ətraflı
Cazibədar İrinadan gözoxşayan FOTOlar like
  • 24 İyl 01:28  
Şou-biznes Cazibədar İrinadan gözoxşayan FOTOlar

Dünyaca məşhur futbolçu Kristiano Ronaldunun keçmiş sevgilisi İrina Şeyk

arrow Ətraflı
Çətənə yetişdirən şəxs saxlanıldı like
  • 24 İyl 01:18  
Digərləri Çətənə yetişdirən şəxs saxlanıldı

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları "Xaşxaş-2021" şər

arrow Ətraflı
Osteoporozun risk faktorları like
  • 24 İyl 01:02  
Digərləri Osteoporozun risk faktorları

Təəccüblü deyil ki, sümük sistemi insan orqanizminin dəstəkləyicisi adl

arrow Ətraflı
3 nəfər 13 yaşlı qızı içirdib, zorladı like
  • 24 İyl 00:27  
Digərləri 3 nəfər 13 yaşlı qızı içirdib, zorladı

Moskvada üç yeniyetmə gəncin 13 yaşlı tanışları olan qıza qarşı yol

arrow Ətraflı
Arvadına təcavüz edənə dəhşət yaşatdı  Anbaan VİDEO like
  • 24 İyl 00:17  
Digərləri Arvadına təcavüz edənə dəhşət yaşatdı Anbaan VİDEO

İstanbulda alış-veriş etmək üçün Taksimdəki bazarlardan birinə girən

arrow Ətraflı
Günün qoroskopu: Ciddi narahatlıq üçün heç bir səbəb yoxdur like
  • 24 İyl 00:01  
Digərləri Günün qoroskopu: Ciddi narahatlıq üçün heç bir səbəb yoxdur

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Türkiyədə son sutkada koronavirusdan 5 215 nəfər sağalıb like
  • 23 İyl 23:55  
Dünya Türkiyədə son sutkada koronavirusdan 5 215 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 60

arrow Ətraflı
Gürcüstan infrastruktur və regional inkişaf layihələrinə 32 milyard lari xərcləyəcək like
  • 23 İyl 23:50  
Dünya Gürcüstan infrastruktur və regional inkişaf layihələrinə 32 milyard lari xərcləyəcək

Gürcüstan hökuməti qarşıdakı 10 il ərzində infrastruktur və regional i

arrow Ətraflı
Filippində milyonlarla uşağa evdən çıxmaq qadağan edilib like
  • 23 İyl 23:39  
Dünya Filippində milyonlarla uşağa evdən çıxmaq qadağan edilib

Filippində COVID-19 infeksiyasının "delta" ştamının yayılması

arrow Ətraflı