Şəbnəmin başına iş gəlib: "Gözümün yaşı dayanmadı"


Şou-biznes 24 İyl 2021 02:19:00 170 0

Şəbnəmin başına iş gəlib: "Gözümün yaşı dayanmadı"

Müğənni Şəbnəm Tovuzlunun başına iş gəlib.

Son.az sherg.az-a istinadən xəbər verir ki ifaçının atasının səhhətində problem yaranıb. Lakin ona həkimlər yanlış diaqnoz qoyublar. Ş.Tovuzlu mövzu haqda " Günün sədası" proqramında danışaraq bunları söyləyib:

"Səkkiz ay öncə böyük stress, qorxu yaşadım. O zaman Moskvada idim. Atama  Gəncədə düzgün diaqnoz qoymamışdılar. Kişi yoxlanışa gedib və onu aparata salmadan xərçəng olduğunu söyləyiblər. Çox pis oldum, ağladım, valideyn insanın canından əzizdir. Dünyanı gəzirik, düzgün insanlarla həmsöhbət oluruq. Bilgimiz çoxdur. Bu üzdən başqa həkimlərə yönləndiridm. Dedilər, heç nəyi yoxdur. Sadəcə əhəmiyyətsiz bir problemi var, əməliyyat olunmalıdır.  Biz də əməliyyat etdirdik. Ona bildirmədik. Amma üç gün gözümün yaşı dayanmadı".