3 nəfər 13 yaşlı qızı içirdib, zorladı


Digərləri 24 İyl 2021 00:27:00 151 0

3 nəfər 13 yaşlı qızı içirdib, zorladı

Moskvada üç yeniyetmə gəncin 13 yaşlı tanışları olan qıza qarşı yol verdikləri iyrənc hərəkət hər kəsi heyrətə gətirib.

Son.az kp.ru-ya istinadən xəbər verir ki, onlar huşsuz və köməksiz halda olan məktəbli qızı zorlayıblar. Cinayət ilyarım bundan əvvəl baş versə də, indi üstü açılır. İstintaqın da faktla bağlı heç bir sıxıntısı yoxdur. Çünki, baş verənlərin hamısını gənclər telefona çəkiblər. Gənclər içirdikləri qızın stəkanına tərkibi bəlli olmayan vasitə töküb, sonra da mobil telefona çəkiblər.

Qız özünə gələndən sonra polisə xəbər verərsə, çəkdikləri kadrları yaymaqla hədələyiblər. Buna baxmayaraq dözməyərək etdikləri iyrənclikləri dostlarına da göstəriblər. Zorlanan qız isə başına gələnlər barədə bir neçə ay sonra valideynlərinə məlumat verib. Hər üç şəxs cinayəti boyunlarına aldıqdan sonra saxlanılıblar.

Kamran Seyidov Son.az