Piyadanı vurub hadisə yerindən qaçdı


Kriminal 23 İyl 2021 22:40:00 242 0

Piyadanı vurub hadisə yerindən qaçdı

Samuxda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, avtomobil piyada hərəkət edən 1967-ci il təvəllüdlü Aydın Rəşid oğlu Rəhimovu vurub. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Piyadanı vuran sürücü hadisə yerindən qaçıb.