Yanmış vəziyyətdə meyiti aşkar olunan şəxsin kimliyi məlum olub


Digərləri 23 İyl 2021 22:04:00 188 0

Yanmış vəziyyətdə meyiti aşkar olunan şəxsin kimliyi məlum olub

İyulun 21-də Şirvanda yanmış vəziyyətdə meyiti aşkar olunan şəxsin kimliyi məlum olub.

Son.az APA-ya istinadən bildirir ki, araşdırmalar nəticəsində meyitin 20 gün əvvəl itkin düşən Şirvan sakini, 1974-cü il təvəllüdlü Məmmədov Fikrət Sücəddin oğluna məxsus olduğu məlum olub.

Məlumata görə, tüfeyli həyat tərzi keçirən həmin şəxs yüksək gərginlikli elektrik xəttinə toxunaraq yanmış və tanınmaz halda aşkar edilib.

Faktla bağlı Şirvan prokurorluğunda istintaq işləri davam etdirilir.