Yetkinlik yaşına çatmayan qızın sanitar qovşağa zəncirlənməsi ilə bağlı cinayət işi başlanıb
Kriminal 23 İyl 2021 20:50:00 212 0
Bərdədə yetkinlik yaşına çatmayan qızın sanitar qovşağa zəncirlənməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Son.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 145.2.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Hazırda cinayət işi üzrə istintaq hərəkətləri aparılır.
Qeyd edək ki, rayonda yetkinlik yaşına çatmayan 2003-cü il təvəllüdlü Ə.Y.-nın fiziki zorakılığa və istismara məruz qalması barədə Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub.
Mənbə: milli.az