Bilgəhdə dənizdə bir nəfər batıb


Digərləri 23 İyl 2021 20:35:00 126 0

Bilgəhdə dənizdə bir nəfər batıb

Bakıda dənizdə bir nəfər batıb.

Son.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Sabunçu rayonu, Bilgəh qəsəbəsində, dənizdə (nəzarətsiz ərazidə) 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri batan şəxsin meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.