“Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında Konvensiya” üzrə Komissiyanın yeni tərkibi təsdiqlənib


Siyasət 23 İyl 2021 18:52:00 168 0

“Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında Konvensiya” üzrə Komissiyanın yeni tərkibi təsdiqlənib

Prezident İlham Əliyev "Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında Konvensiya"nın müddəalarının yerinə yetirilməsi üzrə Komissiyanın yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 569 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam verib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, "Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında Konvensiya"nın müddəalarının yerinə yetirilməsi üzrə Komissiyanın yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 569 nömrəli Sərəncamının 1-ci hissəsi ilə yaradılan Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilir:

"Komissiyanın sədri

Əli Əhmədov - Azərbaycan Respublikası Baş nazirinin müavini

Komissiyanın üzvləri

Azərbaycan Respublikasının xarici işlər naziri

Azərbaycan Respublikasının mədəniyyət naziri

Azərbaycan Respublikasının təhsil naziri

Azərbaycan Respublikasının ədliyyə naziri

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri

Qafqaz Müsəlmanları İdarəsinin sədri

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri

Azərbaycan Respublikası müdafiə nazirinin müavini

UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının Baş katibi

Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Milli Xalça Muzeyinin direktoru

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi.".