Tanınmış jurnalistin gizli çəkilmiş görüntüləri yayıldı, biabır oldu VİDEO


Digərləri 23 İyl 2021 18:54:00 138 0

Tanınmış jurnalistin gizli çəkilmiş görüntüləri yayıldı, biabır oldu  VİDEO

Almaniyada tanınmış jurnalistin fəlakət bölgəsindəki davranışları sosial mediada etirazlara səbəb olub.

Son.az haberler.com-a istinadən xəbər verir ki, qadın jurnalist canlı efirə qoşulmazdan əvvəl paltarlarını palçığa bulaşdırıb. Bununla o "fədakar jurnalist" görüntüsü yaratmağa çalışıb. Lakin gizli çəkilən görüntülər sosial mediada yayılandan sonra onun əməli ifşa olub.

Qeyd edək ki, Almaniyanın cənub-şərq bölgələrində şiddətli yağışların səbəb olduğu sel nəticəsində 200-ə qədər insan ölüb.