Bir sıra hərbi qulluqçular ali zabit heyəti vəzifələrinə təyin edildi SƏRƏNCAM
Siyasət 23 İyl 2021 18:38:00 155 0
Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularının ali zabit heyəti vəzifələrinə təyin edilməsi haqqında Sərəncam verib.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçuları göstərilən ali zabit heyəti vəzifələrinə təyin edilirlər:
- general-leytenant Osmanov Nizam Ramazan oğlu - Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, müdafiə nazirinin müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi;
- general-mayor Əfəndiyev Ənvər Zəkəriyyə oğlu - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsinin rəisi vəzifəsindən azad edilərək, müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı;
- general-mayor Əliyev Azər Əli oğlu - Hərbi Akademiya rəisinin tədris üzrə müavini vəzifəsindən azad edilərək, Əməliyyat Baş İdarəsinin rəisi;
- general-mayor Seyidov Kənan Əlihüseyn oğlu - Xüsusi Təyinatlı Qüvvələr komandanının birinci müavini - qərargah rəisi vəzifəsindən azad edilərək, 5-ci Ordu Korpusunun komandiri.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.