Hindistanda torpaq sürüşməsi 30dan çox insan öldü


Dünya 23 İyl 2021 18:42:00 150 0

Hindistanda torpaq sürüşməsi  30dan çox insan öldü

Hindistanın qərbində Maxaraştra ştatında torpaq sürüşməsi baş verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, leysan yağışlarının səbəb olduğu torpaq sürüşməsi zamanı ən azı 35 nəfər həlak olub.

Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, hadisə yerində vəziyyət çətin olaraq qalır. Həlak olanların sayının artacağı istisna olunmur.

Bununla yanaşı, leysan yağışları səbəbindən bəzi dəmir yollarını su basıb. Sərnişinlər bəzi şəhərlərə qədər avtobusla daşınıb. Həmçinin, bir neçə dəmir yoluna ziyan dəyib. Hazırda təmir-bərpa işləri aparılır.