"Yelkən"in icarədarı 4000 manat cərimələndi


Digərləri 23 İyl 2021 18:48:00 141 0

"Yelkən"in icarədarı 4000 manat cərimələndi

Abşeron rayonunda şadlıq evlərində polis əməkdaşlarl tərəfindən reydlər keçirilib

Son.az Trend-ə istinadən bildirir ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının müvafiq dövlət orqanları ilə birgə keçirdiyi tədbirlər nəticəsində rayon ərazisində 2 şadlıq sarayında təşkil edilən toy mərasimində karantin rejiminin qayda və tələblərinin pozulduğu aşkarlanıb.

Belə ki, Goradil kəndi ərazisində fəaliyyət göstərən "Yelkən" və Masazır qəsəbəsindəki "Brilliant" şadlıq saraylarında aparılan yoxlamalar zamanı qonaqların müəyyən edilən say həddindən artıq olması, eləcə də mərasimə qatılan şəxslərin əksəriyyətinin COVID-19 pasportunun olmaması müəyyən edilib. Aşkarlanan qayda pozuntuları ilə bağlı "Yelkən" şadlıq evinin icarədarı Kamil İsgəndərov 4000 manat məbləğində cərimə edilib.Yoxlamalar zamanı "Brilliant" şadlıq evinin administratorları Ərəstun Əliyev və Tofiq Rəcəbovun isə COVİD-19 parportlarının olmadığı və bu qayda pozuntularına baxmayaraq fəaliyyət göstərdikləri müəyyən edilib. Bu şəxslər inzibati məsuliyyətə cəlb olunaraq cərimələniblər. Həmçinin, qeyd edilən şadlıq saraylarında toy məclislərini karantin qaydaları çərçivəsində təşkil etməyən məclis sahibləri də inzibati məsuliyyətə cəlb edilərək 400 manat məbləğində cərimələniblər.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq dövlət orqanları birgə rayon ərazisindəki şadlıq evlərində profilaktik tədbirlər davam etdiriləcək.