Evində toy keçirənlər qonaq sayına görə cərimələndi


Digərləri 23 İyl 2021 17:42:00 119 0

Evində toy keçirənlər qonaq sayına görə cərimələndi

Beyləqan Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toylar müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Son.az-a verilən məlumata görə, yoxlamalar zamanı "Toğrul Palace" şadlıq sarayında təşkil edilən toy məclisinin "icazə.e-gov.az" portalında qeydiyyatdan keçmədiyi, fərdi yaşayış evində keçirilən digər bir toy məclisində isə qonaqların sayı normadan artıq olduğu aşkar edilib.

Qayda pozuntularına yol vermiş şəxslər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.