"Onun adını çəkmək mənə yaraşmaz" Ayan FOTO


Şou-biznes 23 İyl 2021 18:24:00 187 0

"Onun adını çəkmək mənə yaraşmaz" Ayan  FOTO

"Mənimlə işiniz olmasın. Ümumiyyətlə, həmin adam həyatda yoxdur - canlı meyitdir. Bir insan nə zaman ölür? Onu unudanda. Yaşaya-yaşaya ölən insanlar var ki, heç kimin yadına düşmür. Mənima dımı çəkə bilmirsənsə, ad çəkmədən danışırsansa, danışma".

Son.az axşam.az-a istinadən xəbər verir ki,  bu sözləri müğənni Ayan Babakişiyeva "ATV maqazin onlarla" verilişində deyib. Sənətçi adını çəkmədiyi sənət adamını tənqid edib:

"Sözü üzə deyənəm, kiməsə söz atmaram. Zəng edərəm ki, sözün var, üzümə de. O, mənə zəng etmişdi ki, mənimlə yola get, nəvəm yaşındasan. Dedim ki, böyüklük görsəm, gəlib boyunuza sarılaram. Amma görmürəm. Sınırsan, küsürsən... Böyük sənətkarlar çıxıb gənclərlə duet oxuyur, təqdim edir. Deyir, halal xoşun. Qayıtmır ki, səni adam etmişəm. Hamı adam doğulur. Onun adını çəkmək mənə yaraşmaz".