Əfqanıstanda dəhşətli insanlıq dramı: Bir kənddə yüzdən çox insan öldürüldü


Dünya 23 İyl 2021 18:18:00 175 0

Əfqanıstanda dəhşətli insanlıq dramı: Bir kənddə yüzdən çox insan öldürüldü

Əfqanıstanın Qəndahar vilayətində 100-dən çox dinc sakin qətlə yetirilib.

Son.az lent.az-a istinadən xəbər verir ki,  vilayətin Spin-Boldak kəndinə girən "Taiban" döyüşçüləri əsil qətliam törədiblər. 

Məlumata görə, 100-dən çox dinc sakin öldürülüb. Onların arasında uşaqlar da var. Əfqanıstan DİN sözçüsü Mirvais Stanekzayın dediyinə görə, terrorçular qətlə yetirilənlərin evlərini də qarət ediblər.