Bu il 14 min 928 cinayət qeydə alınıb


Digərləri 23 İyl 2021 17:40:00 109 0

Bu il 14 min 928 cinayət qeydə alınıb

İyulun 23-də Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluğun mətbaut xidmətindən Son.az-a verilən məlumata görə, müşavirədə qeyd edilib ki, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və digər hüquq mühafizə orqanları ilə birgə fəaliyyətin nəticəsi olaraq, 2021-ci ilin birinci yarımilində əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 14 min 928 cinayət qeydə alınıb. Bunun yalnız 1%-i xüsusilə ağır cinayətlər təşkil edib, daxili işlər orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 207 cinayətin açılması təmin edilib, 435 cinayətkar qrup zərərsizləşdirilib.