Fransa səfirindən Qarabağla bağlı qərəzli mövqe


Digərləri 23 İyl 2021 16:52:00 101 0

Fransa səfirindən Qarabağla bağlı qərəzli mövqe

ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi Fransanın İrəvandakı səfiri qərəzli açıqlamaları ilə gündəmə gəlib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Fransanın Ermənistandakı səfiri Conatan Lakot "Azadlıq" radiosunun erməni seqmentinə verdiyi müsahibəsində bir sıra birmənalı olmayan və təzadlı açıqlamalar verib.

Müsahibə zamanı C. Lakot diplomatların Azərbaycan tərəfinin təşkilatçılığı ilə bu yaxınlarda Şuşaya etdiyi səfərlə bağlı suala cavab verərkən deyib:

"Belə bir reallıq var ki, Dağlıq Qarabağın statusu ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar yolu ilə təyin olunmalıdır. Bu status təyin olunmayınca Fransanın nə Bakıdakı, nə də İrəvandakı səfiri Qarabağa səfər edə bilər. Mən Xankəndinə getmədiyim kimi, Bakıdakı həmkarım da Şuşaya getmir. Və bu mövqe Minsk qrupunun hər üç həmsədr ölkəsi tərəfindən qəbul olunur", - deyə fransalı səfir deyib.

Bununla yanaşı, Zəngəzur dəhlizi ilə bağlı məsələyə toxunan səfir bu mövzuda "dəhliz" sözündən istifadə etməməyin lazım olduğunu deyib:

"Dəhlizlər diplomatiya tarixində çox pis izlər qoyub. Məsələn, Dansinq dəhlizi. Belə hesab edirik ki, yanvarın 11-də Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanan və region ölkələri və qonşuları arasında regional kanalların bərpasını nəzərdə tutan üçtərəfli razılaşma əsasında çalışmalıyıq".