238 min "atan" şəxsə hökm oxundu 9 il


Digərləri 23 İyl 2021 16:46:00 129 0

238 min "atan" şəxsə hökm oxundu  9 il

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham olunan Cavanşir Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə C.Qasımov 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Cavanşir Qasımov 4 nəfəri aldadıb. Onlardan tikinti materialları alıb, amma pulunu ödəməyib. Ümumi zərər 238 min manatdır.