Azərbaycan böyük sınaqlardan məharətlə çıxdı


Digərləri 23 İyl 2021 16:34:00 186 0

Azərbaycan böyük sınaqlardan məharətlə çıxdı

"Ölkə Prezidenti tərəfindən həyata keçirilən idarəetmə siyasətinin effektivliyi həm pandemiya dövründə, həm 44 günlük müharibə şəraitində öz əksini tapdı və biz faktiki olaraq Azərbaycanın bu böyük sınaqlardan kifayət qədər dayanıqlı şəkildə çıxmasının şahidi olduq".

Bunu Son.az-a açıqlamasında iqtisadçı-ekspert Elşad Məmmədov deyib.

Ekspert bildirib ki, bəzi dövlət qurumları öz fəaliyyətlərində effektivliyi xeyli dərəcədə artırmalıdırlar:

"Qeyri-neft sənayesindəki müsbət dinamika dövlət başçısının bilavasitə bu istiqamətə diqqəti və bu istiqaməti prearitet hesab etməsi ilə bağlıdır. Azərbaycanda qeyri-neft sektorunun inkişafına son illərdə dövlət tərəfindən prearitet diqqət ayrılır və bu ölkə Prezidentinin müvafiq siyasəti ilə bağlıdır. Bununla yanaşı, sosial layihələrin icrası nəyinki dayandırlıldı, hətta biz bu istiqamətdə daha geniş, əhalinin daha çox hissəsinin bu prosesə cəlb olunmasının şahidi oluruq ki, bu da sözsüz ki, müsbət hal kimi dəyərləndirilməlidir.