Prezident yeni Baş Qərargah rəisi təyin etdi SƏRƏNCAM


Siyasət 23 İyl 2021 16:03:00 126 0

Prezident yeni Baş Qərargah rəisi təyin etdi  SƏRƏNCAM

Prezident İlham Əliyev K.T.Vəliyevin Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, General-leytenant Vəliyev Kərim Tofiq oğlu Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.