Saatlı sakinindən odlu silah götürüldü


Digərləri 23 İyl 2021 16:04:00 118 0

Saatlı sakinindən odlu silah götürüldü

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə rayonun Fətəlikənd kənd sakini Elsevər İsmayılovdan müvafiq sənədləri olmayan "TOZ" markalı ov silahı aşkar edilərək götürülüb.

Bu barədə Son.az-a DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Faktla bağlı Saatlı RPŞ-də araşdırmalar aparılır.