TAP konsorsiumu qaz kəmərinin buraxılış gücünün artırılması üzrə sınaqlara yekun vurub


Digərləri 23 İyl 2021 16:28:00 133 0

TAP konsorsiumu qaz kəmərinin buraxılış gücünün artırılması üzrə sınaqlara yekun vurub

Trans-Adriatik qaz kəmərinin (TAP) illik buraxılış gücünün 10 milyard kubmetrdən 20 milyard kubmetrədək genişləndirilməsi üzrə 2019-cu ildə başlamış sınaqlar başa çatıb və bununla bağlı hər hansı bir öhdəlik yaradan təklif daxil olmayıb.

Bu barədə Son.az-a TAP-ın kommersiya şöbəsindən bildiriblər.

Qeyd olunub ki, bu cür sınaqlar iki ildən bir keçirilir və indi maraqlı tərəflər iyulun 12-də başlamış sınaqlarda iştirak edə bilər.

TAP konsorsiumu iyulun 12-dən etibarən təbii qaz tədarükçülərinə layihəyə maraq oyatmaq, növbəti mərhələlərdə isə TAP-ın nəql güclərinə qoşulmaq üçün imkan yaradacaq yeni sınaqlara başlayıb.