Kamil Xasiyev Azərbaycanın Serbiyada səfiri təyin edildi


Siyasət 23 İyl 2021 15:20:00 162 0

Kamil Xasiyev Azərbaycanın Serbiyada səfiri təyin edildi

Prezident İlham Əliyev K.T.Xasiyevin Azərbaycan Respublikasının Serbiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam verib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamla Kamil Tacid oğlu Xasiyev Azərbaycan Respublikasının Serbiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.