TƏBİB: Ölkə üzrə 1 007 tibb işçisinə psixoloji dəstək göstərilib


Digərləri 23 İyl 2021 15:16:00 153 0

TƏBİB: Ölkə üzrə 1 007 tibb işçisinə psixoloji dəstək göstərilib

"Hazırda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Çağrı mərkəzinin yaradılması istiqamətində ciddi işlər gedir".

Son.az bildirir ki, bunu TƏBİB-in Psixososial Dəstək Fəaliyyətləri uzmanı Nərmin Osmanlı TƏBİB tərəfindən jurnalistlər üçün keçirilən "Medianın psixi sağlamlıqda rolu" mövzusunda təlimdə deyib.

O bildirib ki, pandemiya dövründə psixoloji dəstək üçün 1542 Psixoloji Dəstək Xətti vasitəsilə 1 122 şəxs müraciət edib: "Onlardan 459-u koronavirus xəstələri olub. Sərt karantin dövründə əsəbilik və gərginliklə bağlı müraciətlər daha çox olub. Ailədaxili münasibətlər, depressiv vəziyyətlə bağlı da çox müraciət olunub. Bundan başqa, ölkə üzrə 1 007 tibb işçisinə psixoloji dəstək göstərilib".