"KamAZ" avtomobillərinin istehsalı üçün yeni lisenziya verməyi planlaşdırır


Digərləri 23 İyl 2021 14:16:00 142 0

"KamAZ" avtomobillərinin istehsalı üçün yeni lisenziya verməyi planlaşdırır

"KamAZ" şirkəti Azərbaycanda tikinti-servis mərkəzlərinə investisiya qoymağa hazırdır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu "KamAZ" şirkətinin baş direktoru Sergey Koqogin "Rusiya şirkətlərinin işgüzar missiyası" adlı tədbirdə deyib.

O bildirib ki, bu gün Azərbaycanda 60 min ədəd "KamAZ" yük avtomobili mövcuddur:

"Bizim Azərbaycandakı missiyamız yeni avtomobillərin tədarükünə və texniki xidmətin təmin olunmasına yönəlib. Bizim Gəncə avtomobil zavodu ilə əməkdaşlığımız qurulub. Biz Azərbaycana kənd təsərrüfatı, tikinti və bir sıra digər istiqamətlər üçün "KamAZ"lar tədarük edirik".

Baş direktor əlavə edib ki, premium "KamAZ" avtomobillərinin istehsalı başlayıb və bu modellər xarici ölkələrə, o cümlədən Azərbaycana tədarük olunur: