Londonun göbəyində Azərbaycan izi FOTO


Digərləri 23 İyl 2021 13:52:00 153 0

Londonun göbəyində Azərbaycan izi  FOTO

İngiltərənin "Arsenal" klubunun məşhur "Emireyts" stadionunda hələ də Azərbaycana aid banner qalmaqdadır.

Son.az oxu.az-a istinadən xəbər verir ki, dünən "Arsenal" öz oyunçusu Emil Smit Rou ilə uzun müddətli müqavilə bağlayıb.

20 yaşlı futbolçu əvvəllər Məsut Özilin geyindiyi, yeni 10 nömrəli forma ilə "Emireyts" stadionunda fotosessiya etdirib. Həmin vaxt arxa fonda Azərbaycan sektorunun da olduğu görünür.

Qeyd edək ki, "Arsenal"ın Azərbaycandan azarkeş fanklubu oyunlar zamanı məhz həmin sektorda yer alır. 2017-ci ilin iyunun 1-dən həmin fanklub futbol klubu tərəfindən Qafqazda yeganə rəsmi azarkeş qurumu kimi tanınıb.