Qonşusunu öldürən şəxs tutuldu


Digərləri 23 İyl 2021 13:28:00 104 0

Qonşusunu öldürən şəxs tutuldu

İyulun 22-i saat 9 radələrində Neftçala rayonu, Bankə qəsəbə sakini, 1989-cu il təvəllüdlü Mirağa Musayevin almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Neftçala rayon prokurorluğundan Son.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin qonşusu Famil Baloğlanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Mirağa Musayevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürüb.

Faktla bağlı Neftçala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Famil Baloğlanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq davam edir.