“Oğlan olmayana kimi dayanmayacağıq” 14 qız anası


Digərləri 23 İyl 2021 10:40:00 178 0

“Oğlan olmayana kimi dayanmayacağıq”  14 qız anası

14 qız sahibi 29 yaşlı Latın Amerikalı Avqustina İqera əri Xoseyə oğlan uşağı verənə kimi hamilə qalıb doğmağı qarşısına məqsəd qoyub.

Son.az medicina.az-a istinadən xəbər verir ki, qadın bundan sonra 10 dənə də qızı olsa, oğlan olmayana kimi dayanmayacağını bildirir. Hazırda 14 uşağı olan ailə gündə cəmi 3 saat yatır, qalan saatları uşaqlara sərf edir. Ana uşaqlara gündə 9 dəfə yemək hazırlayır. Böyük qızlarının 14 yaşı var, kiçik qızları 6 aylıqdır. Uşaqlardan 4-ü əvvəlki nikahdan, 10-u isə ikinci əri Xose ilə nikahındandır. Avqustina ilk dəfə 15 yaşında hamilə qalıb. Həkimlər cütlüyün aktivliyindən heyrətə düşüb, onların 3 dəfə əkizləri olub. Cütlük hələ də oğlan arzusundadırlar.