Toyota üç zavodunun işini dayandırır


Digərləri 23 İyl 2021 10:28:00 196 0

Toyota üç zavodunun işini dayandırır

Toyota konserni Taylanddakı üç zavodunun işini dayandırır.

Son.az Trend-ə istinadən bildirir ki, buna səbəb ehtiyyat hissələrinin çatışmazlığıdır.

Bildirilir ki, zavodlar 29 iyul tarixinə qədər bağlı qalacaqlar. Ehtiyyat hissələrinin çatışmazlığı ölkədə koronavirusun yayılması ilə bağlı bu sahənin istehsalat müəssisələrinin bağlanmasından yaranıb.

Xatırladaq ki, Taylanddakı "Toyota" zavodları ildə 760.000 avtomobil istehsal edir.