14 yaşlı qız güclü qasırğanın qopardığı damın altında qaldı FOTO
Digərləri 23 İyl 2021 09:41:00 192 0
14 yaşlı qız güclü qasırğanın qopardığı damın altında qalıb.
Son.az oxu.az-a istinadla xəbər verir ki, "Lenta dna" "Telegram" kanalı bununla bağlı görüntülər yayıb.
Kadrlardan görünür ki, qız mağazanın yanından keçərkən güclü külək damı qopardır və yerə çırpır. Uşaq onun altından xilas ola bilmir.
Hazırda onun ağır travmalarla xəstəxanaya yerləşdirildiyi bildirilir.
Mənbə: milli.az