Koronavirusa görə insanlıq sürətlə qocala bilər


Digərləri 23 İyl 2021 09:35:00 208 0

Koronavirusa görə insanlıq sürətlə qocala bilər

Koronavirus insan orqanizminə düşdükdən sonra erkən qocalma prosesini tətikləyə bilər.

Son.az oxu.az-a istinadən xəbər verir ki,  bu barədə Rusiyada tanınmış nevroloq Erkin Şamsiyev xəbərdarlıq edib.

"Təəssüf ki, koronavirus infeksiyası  insan orqanizminə düşdükdən sonra təkcə ağciyərlərin trombozunu deyil, həmçinin digər arzuolunmaz prosesləri, o cümlədən erkən yaşlanmanı işə sala bilər. Bunun səbəbi xəstəliyə görə stres fonunda əsəbi yorğunluqdur. Yoluxmuş insan mənən tükənir, onda fobiyalar, qorxular yaranır", - deyə o, bildirib.

Şamsievin sözlərinə görə ağciyər zədələnəndə insan bədənində qaz mübadiləsi pozulur, nəticədə beyinə oksigen tədarükündə problemlər yaranır. İnfeksiyaya məruz qalan xəstələr tez-tez ensefalopatiyadan (beyin toxumasının distrofik olaraq dəyişməsi nəticəsində işinin pozulması) şikayət edirlər.

Bundan əlavə, xəstəxanalara müraciət edən xəstələrdə tez-tez baş ağrısı, başgicəllənmə, öskürək, nəfəs darlığı və qoxu itkisi barədə məlumat verirlər.