Bu gün Vüqar Səfərlinin məhkəməsi başlayır


Kriminal 23 İyl 2021 07:55:00 114 0

Bu gün Vüqar Səfərlinin məhkəməsi başlayır

Bu gün ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayır.

Bu xəbəri də oxu: Qoyun oğruları saxlanıldı

Son.az bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdiriləcəyi və cinayət işinin məhkəmə baxışına veriləcəyi gözlənilir.

Qeyd edək ki, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olan cinayət işinin istintaqı yekunlaşdırılıb.

Aparılmış istintaq tədbirləri ilə Fondun sabiq icraçı direktoru Vüqar Səfərlinin müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət satınalmalarına dair qanunvericiliyin tələblərinin pozulması, dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, tikinti normalarına əməl olunmamaqla iş həcmləri və qiymətlərinin şişirdilməsi yolu ilə dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Vüqar Səfərli və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma- külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilmiş, Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.

Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.

“İşəgötürənlər üçün Əməkhaqqı Subsidiyası” layihəsinə start verilir like
  • 23 İyl 07:36  
Digərləri “İşəgötürənlər üçün Əməkhaqqı Subsidiyası” layihəsinə start verilir

Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fond

arrow Ətraflı
Bakıda kişi arvadını amansızlıqla öldürüb intihar etdi like
  • 23 İyl 07:31  
Kriminal Bakıda kişi arvadını amansızlıqla öldürüb intihar etdi

Bakıda bıçaqlanma və intihar hadisəsi baş verib.

arrow Ətraflı
Karantin rejminin yumşaldılması Bakıda ticarət obyeklərini bahalaşdırıb like
  • 23 İyl 07:26  
Digərləri Karantin rejminin yumşaldılması Bakıda ticarət obyeklərini bahalaşdırıb

İyun ayı ərzində Bakı kommersiya obyektlərinin satış və kirayə qiymət

arrow Ətraflı
Üç gün sonra toyu olacaqdı, qəzada öldü  FOTO like
  • 23 İyl 07:21  
Digərləri Üç gün sonra toyu olacaqdı, qəzada öldü FOTO

Lənkəranda avtomobil su kanalına aşıb.

arrow Ətraflı
ABŞ Çindən olan hakerlərə qarşı müdafiə olunmaq üçün bütün vasitələrdən istifadə edir like
  • 23 İyl 07:16  
Dünya ABŞ Çindən olan hakerlərə qarşı müdafiə olunmaq üçün bütün vasitələrdən istifadə edir

Vaşington, ÇXR-dan olan hakerlərdən qorunmaq üçün əlindəki bütün vasi

arrow Ətraflı
Bakıda dava zamanı bir nəfər bıçaqlanıb like
  • 23 İyl 07:10  
Kriminal Bakıda dava zamanı bir nəfər bıçaqlanıb

Bakının Binəqədi rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

arrow Ətraflı
Türkiyədə son sutkada koronavirusdan 5 093 nəfər sağalıb like
  • 23 İyl 07:05  
Dünya Türkiyədə son sutkada koronavirusdan 5 093 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 52

arrow Ətraflı
Bakıda kişi küçədə bıçaqlanıb like
  • 23 İyl 07:00  
Kriminal Bakıda kişi küçədə bıçaqlanıb

Bakının Suraxanı rayonunda bir nəfər bıçaqlanıb.

arrow Ətraflı
Özündən 16 yaş kiçik musiqiçi ilə eşq yaşadığını etiraf etdi  FOTO like
  • 23 İyl 06:06  
Şou-biznes Özündən 16 yaş kiçik musiqiçi ilə eşq yaşadığını etiraf etdi FOTO

Aktrisa Nilgün Belgün musiqiçi Uzay Hepari ilə bir il yarım eşq yaşadığ

arrow Ətraflı
Məşhur aktrisa üçüncü dəfə ərə getdi like
  • 23 İyl 05:27  
Şou-biznes Məşhur aktrisa üçüncü dəfə ərə getdi

Məşhur aktrisa Anna Faris kinematoqraf Maykl Barretlə evlənib.

arrow Ətraflı
Övladınızın “patı"“şüşə” çəkdiyindən necə şübhələnməli?  Bu əlamətlərə diqqət like
  • 23 İyl 05:05  
Digərləri Övladınızın “patı"“şüşə” çəkdiyindən necə şübhələnməli? Bu əlamətlərə diqqət

Hazırda ən ucuz sintetik narkotik növü kimi bazarda tələbat olan və çox

arrow Ətraflı
Dünyanın ən güclü orduları: Türkiyə 11cidir like
  • 23 İyl 04:29  
Digərləri Dünyanın ən güclü orduları: Türkiyə 11cidir

ABŞ-ın "Global Firepower" jurnalında 2021-ci il üçün dünyanın

arrow Ətraflı
İranda 5ci dalğa: Tehran küçələri boşaldı, hər yan qapandı... like
  • 23 İyl 03:27  
Digərləri İranda 5ci dalğa: Tehran küçələri boşaldı, hər yan qapandı...

Tehranın küçələri iyulun 21-dən etibarən boşalıb.

arrow Ətraflı
Aktrisa təbii görünüşü ilə heyran etdi  FOTO like
  • 23 İyl 03:03  
Şou-biznes Aktrisa təbii görünüşü ilə heyran etdi FOTO

Türkiyənin tanınmış aktrisalarından olan Aslı Enver Qurban bayramı müna

arrow Ətraflı