Bakıda kişi arvadını amansızlıqla öldürüb intihar etdi


Kriminal 23 İyl 2021 07:31:00 234 0

Bakıda kişi arvadını amansızlıqla öldürüb intihar etdi

Bakıda bıçaqlanma və intihar hadisəsi baş verib.

Son.az report-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Binə qəsəbəsində 1962-ci il təvəllüdlü Quliyev Zərbəli Məmmədhüseyn oğlu həyat yoldaşı, 1976-cı il təvəllüdlü Tatardinova Lyudmila Alekseyovnaya çoxsaylı bıçaq zərbələri vuraraq qətlə yetirib.

Daha sonra Z.Quliyev özünü kəndirlə asaraq intihar edib.

Hadisənin təfərrüatı Xəzər Rayon Prokurorluğunda araşdırılır.