Vətən müharibəsində "fətva" yox, Azərbaycan


Siyasət 23 İyl 2021 02:00:00 78 0

Vətən müharibəsində "fətva" yox, Azərbaycan

"İslam insanların qəlblərinə ucalıq, ruhlarına saflıq, qollarına güc, ürəklərinə inam, şüurlarına qətiyyət və şəfqət verir. İslam müsəlmanlara buyurur ki, Vətəni, namusu və şərəfi qorumaq üçün kimsədən əmr almağa hacət yox"

Əsrlər əvvəl İbn Haldunun dedikləri bu kəlmələr indi də aktualdır və bəşər övladı var olduqca, dəyərini əsla itirən deyil.

Hər qövmün, xalqın, toplumun dini lideri sadəcə, dini ayinlərə və ibadətlərin səlisliyinə riayətə nəzarət etmir, din xadimlərinin fəaliyyətini nizamlamır, ehkam və fətvalar verir.

O, cəmiyyətin çağırışlarını eşidir, xalqla bir olur, insanların nəbzlərinə ürəyini həmahəng tutur.

Dini liderin riqqəti, siqləti və inayəti budur.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə isə, səd heyflər olsun, bəzi açıqlamaları ilə dindar və mömin vətəndaşlarımızı pərişan etməklə bahəm, özlərini dindar saymayan həmvətənlərimizin də birmənalı sayılmayacaq reaksiyalarına səbəb olur.

Hörmətli Şeyxülislamın "Vicdanın nə olduğunu bilmirəm" - birbaşa iqtibasda yanıla bilərəm, amma məğz budur - bəyanatı illər əvvəl böyük qalmaqala səbəb olmuşdu.

Axı məhz o möminlərə əxlaqi-nasirini və vicdanlı yaşamın nə olduğunu anlatmalıydı.

Dini lider sayılacaq şəxs vicdanın nə olduğuun bilmədiyini deyirsə, bu məhfumun özündə yoxluğunun etirafında bulunmurmu?

Əsla və əsla belə düşünmək istəməzdim, fəqət ki, söz kamandan çıxmış ox misalıdır  -deyildimi, sahibinin yox, dinləyənindir.

Sayğılı Hacı Allahşükür sonradan dediyini şərh etməyə çalışmış, fəqət sosium bu postizahatı qəbul etməmişdi. Səbəb - ilkin reaksiyanın yaratdığı təəssürat heç bir halda sonrakı açıqlamanın vəznində deyildi. Daha ağırdı, daha acı idi.

İki gün öncə isə Hacı Allahşükür Paşazadə yenə subyektlə obyekti qarışdırıb, məhfumları toparlayıb, məntiqlə siyasəti urcah etməyə cəhd göstərsə də, səyləri çox mücərrəd təsir bağışlayıb.

Onun Qurban bayramı ilə bağlı bayram namazından sonra verdiyi açıqlamasında İranın ali dini lideri, ayətullahül-üzma Seyid Əli Xamneyi ilə bağlı söylədikləri heç birmənalı deyildi.

Daha doğrusu, məna o qədər yöndəmsizdi ki, ikili və ya üçlü olsaydı, bəlkə də izaha yer qalardı.

Allahşükür Paşazadənin açıqlamasına müraciət edək: "Mən bunu bilirəm, hamısını açıqlamaq istəmirəm. Əgər bu gün bizim qonşularımız, arxamız bərk olmasaydı, qələbəmiz bəlkə də olmazdı. Odur ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cənablarına və Ayətullah Xameneyi həzrətlərinə müsəlmanlar adından təşəkkürümü bildirirəm. Ayətullah Xameneyinin "Qarabağ torpağı İslam torpağıdır" deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı".

Yəni cənab Xamneynin fətvası olmasaydı, ötən ilin sentyabrın 27-də başlayaraq noyabrıın 10-da Ermənistanın tam kapitulyasiyası ilə başa çatan 44 günlük Vətən Müharibəsində qalib gəlməyəcəkdik?

Bəyanatın tərkib hissələri olan, preambula rolunda çıxış edə biləcək fikirlərə və messiclərə fikir verək.

Çox yəqin ki, Hacı Allahükür bu açıqlamasında "Vətən Müharibəsi günlərində qardaş Türkiyənin və strateji tərəfdaşımız, mehriban qonşumuz İran İslam Respublikasının verdiyi siyasi, habelə mənəvi dəstəyə görə minnətdarlıq etmək istərdim. İranın ali dini rəhbəri ayətulla Xamneyi cənablarının Qarabağ münaqişəsi və sonra da bu savaşla bağlı tutduğu mövqe isə əhəmiyyətli siyasi məsələ olduğundan, əhəmiyyətini bir daha vurğulamaq istərdim" söyləmək istəyib.

Bəyanatın formatı və leksik strukturu belə olmalı idi.

Söz yox, Hacı Allahşükürün savadına, erudisiyasına, diplomatik məharətinə və dünyagörüşünə şübhəm yox.

Elə bu səbəbdən də o, naqolay və hətta siyasi baxımdan primitiv bəyanat verməməliydi.

Səbəblər çoxdur.

Əvvəla, savaş günlərində Türkiyənin və İranın tutduğu mövqelər heç bir halda, heç bir müstəvidə və prizmada analoji sayıla bilməz.

Türkiyə bizə tam siyasi və mənəvi dəstək verdisə, savaş günlərində İran İslam Respublikası ərazisindən Ermənistana silah, sursat və hərbi texnikanın daşınmasına şahid olduq.

İranın Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə gəldikdə isə, rəsmi Tehran indiyədək bir dəfə olsun belə (!) Ermənistanı işğalçı dövlət adlandırmayıb.

Tam əksinə, son 28 il ərzində Ermənistandan Azərbaycana geosiyasi pressinq vasitəsi qismində yararlanmağa çalışan Tehran ölkə ərazisindəki erməni icmasını "dini tolerantlıq" vitrini qismində istifadə etməklə yanaşı, haylara İranda siyasi və ictimai fəaliyyətlə bağlı tam sərbəstlik vermişdi.

Tehran dualist siyasət yürütdüyünü daim vurğulasa da, Ermənistanla əlaqələri də intensiv inkişaf edib, hərdaim yüksələn xətt üzrə olub.

İrəvandakı Cümə məscidinin təmir edilərək "farslaşdırılması"ndan tutmuş, Ermənistanla iqtisadiyyatın az qala bütün sahələrində sıx işbirliyi, yanacaq-sürtgü materiallarından tutmuş, xırdavata qədər ən müxtəlif çeşiddə məhsulların ermənilərə satılması və daşınması buz dağının görünən tərəfidir.

Görünməyən tərəflərsə o qədər çox ki, onlardan sadəcə, birini yazım: 28 illik işğal dönəmində Qarabağda soydaşlarımızın evlərinin, şəhər və kəndlərin viran qoyulduğu prosesdə o evlər sökülür, daş, taxta, metal və s. yük avtomobilləriylə İrana daşınırdı.

Həmin avtomobillərə "yükü vuran" şəxslərsə azərbaycanlı əsirlər idi.

İran rəhbərliyi bunu bilmirdi?

Düşünmürəm.

İşğalçı dövlətlə işğala məruz qalmış dövlət arasında "tənzimlənmiş və nizamlanmış" seçim edən, daha doğrusu, heç etməyən İran təbii ki, illərdir Azərbaycanda sadə vətəndaşların nəzərində sadiq dost, etibarlı tərəfdaş deyil.

Bu, konkret fərdlərin antipatik davranışından qaynaqlanan sosial fenomen deyil - cəmiyyətin illərdən bəri gördüyü və təhlil etdiyi faktlar sıralamasından doğan nəticədir.

Bundan başqa, məhz İran Azərbaycandan qaçan və ölkəmizə, dövlət quruluşumuza, Konstitusiyamıza, dünyəviliyə düşmən kəsilən, sosial şəbəkələrdə sürəkli terror, anarxiya çağırışları edən bir dəstə ekstremist həmvətənimizə sığınacaq verib.

Azərbaycanı gah "Arran", gah "Bakı Cumhuriyyəti" adlandıran telekanalar da Tehrandadır.

Hacı Allahşükür Paşazadə bunu bilir.

Bilir ki, Türkiyə qardaş sandığı və gördüyü, bildiyi və duyduğu ölkəmizi dəstələmək üçün onillər əvvəl Ermənistanla sərhədləri bağladı, Qarabağ münaqişəsi həllini tapmayınca nəqliyyat blokadasına son qoyulmayacağını bəyan etdi.

Bölgədəki bütün transmilli və transregional layihələrdən kənar qalaraq "failed state"ə çevrilmiş Ermənistana yardım əlini uzadan məhz İran idi.

Belədirsə, Şeyxülislam hansı dəstəkdən və ya "qələbənin carçısı" sayıla biləcək "fətva"dan bəhs edir?

Olmaya o, Bakıda iranlı reportyorun Azərbaycanın dövlət başçısına "İkinci Qarabağ savaşında Azərbaycan tərəfindən suriyalı muzdlularla terrorçuların, pakistanlı hərbçilərin döyüşdükləri deyilir" absurdlu sual verməsini unudub?

Və ya düşünür ki, repotyor bu sualı fərdi təşəbbüsü, öz istəyi əsasında səsləndirmişdi?

Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri doğrudan belə sadəlövhdür?

Düşünmürəm.

Vətən Müharibəsində qələbəmizin rəhninin Ali Baş Komandanın siyasəti, iradəsi, ordumuzun çox yüksək döyüş hazırlıq səviyyəsi, əsgərlərimizin sonsuz cəsarət və şücaətinin, xalqın Prezidentə və Orduya tam  dəstək verməsinin olduğunu da Hacı Allahşükür yaxşı bilir.

Ayətulla Xamneyi İranın ali dini rəhbəridir və təbii ki, onun bəyanatları, açıqlamaları mütləq diqqətlə qarşılanmalı, təhlil və şərh edilməlidir.

Lakin ayətulla Xamneyinin Vətən Müharibəsi ilə bağlı fətvasından Azərbaycanda kimlərin xəbəri oldu və oldusa, bu, döyüşlərin gedişatına, döyüşlərlə bağlı beynəlxalq arenada formalaşan geosiyasi situasiyaya necə təsir etdi?

Daha doğrusu, etdimi?

Qafqaz Müsəlmanları İdarəsinin nümayəndə heyəti və Bakıdakı dini konfessiyaların rəhbərlərinin Şuşaya səfəri əsnasında  Aşağı Gövhər Ağa məscidindəki namaz zamanı İranın ali dini rəhbərinin Azərbaycandakı nümayəndəsi, höccətülislam Seyid Əli Əkbər Ocaqnecatın hacı Allahşükürdən öndə durması də diqqətsiz qalmadı.

Cəmiyyətdə sual yarandı: Ocaq Necat nədən və nə üçün Şuşa məscidində pişnamazlıq etməlidir ki?!

Qafqaz Müsəlmanları İdarəsinin olayla bağlı yaydığı izahat açıqlaması isə "maraqlı" idi: "Həmin fotoda olan namaz isə müstəhəb namazdır və camaat namazı şəklində qılınmayıb, hər kəs fərdi olaraq namazlarını qılıblar. Orada hər kəs məscidin fərqli yerlərində durub ibadət edirlər. İranın nümayəndəsi höccətülislam Ocaqnejat da orada namaz qılıb və dua edib. Mərasim bitəndən sonra Türkiyə səfirliyinin nümayəndəsi dualar etdi və din xadimləri buna amin dedilər".

Məsciddə kimin harada durması, namazın necəliyi önəmli deyil və bunu möhtərəm Şeyxülislamın əməkdaşları anlayırlar. Fəqət, konkret məsələdən fikri yayındırmaq üçün bəlli cəhdlər edirlər.

Həmin cəhdlər suallar doğurur və o ritorik suallar çoxdur.

Cavab isə birdir: Qafqaz Müsəlmanları İdarəsinin sədri belə düşünülməmiş bəyanatlarla çıxış etməməli, cəmiyyətdə qıcıq yaratmamalıdır.

Hacı Allahşükür Paşazadə Azərbaycanda dinin dövlətdən ayrı olmasını, ən başlıcası isə İranın ali dini rəhbərinin ölkəmizdəki müsəlmanların dini rəhbəri olmamasını da yəqin etməlidir birdəfəlik.

Elçin Alıoğlu Son.az

Can aktrisa ilə öpüşərkən paparassilərə hədəf oldu  FOTO like
  • 23 İyl 01:29  
Şou-biznes Can aktrisa ilə öpüşərkən paparassilərə hədəf oldu FOTO

Türkiyəli aktrisa Öykü Karayel və müğənni Can Bonomo üç aylıq körpə

arrow Ətraflı
Kanadada özünü idarə edən elektromobil hazırlanır like
  • 23 İyl 01:01  
Dünya Kanadada özünü idarə edən elektromobil hazırlanır

Elektrikli skuter istehsalı ilə məşğul olan Kanadanın "Daymak"

arrow Ətraflı
Modeldən aşıqsaçıq fotolar  "Həddən artıq cəlbedicisiniz" FOTO like
  • 23 İyl 00:27  
Şou-biznes Modeldən aşıqsaçıq fotolar "Həddən artıq cəlbedicisiniz" FOTO

Amerikalı keçmiş supermodel, aktrisa, çex mənşəli yazıçı Paulina Poriz

arrow Ətraflı
Günün qoroskopu: Korporativ ruh yaxşı nəsnə olsa da, mənəviyyat deyilən anlam var like
  • 23 İyl 00:01  
Digərləri Günün qoroskopu: Korporativ ruh yaxşı nəsnə olsa da, mənəviyyat deyilən anlam var

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Türkiyədə 5 nəfər dənizdə boğularaq ölüb, üçü itkin düşüb like
  • 22 İyl 23:49  
Dünya Türkiyədə 5 nəfər dənizdə boğularaq ölüb, üçü itkin düşüb

Türkiyənin bəzi şəhər və rayonlarında yerləşən dənizlərin çimərli

arrow Ətraflı
BakıSumqayıt şosesində avtomobil aşıb, xəsarət alan var  FOTO like
  • 22 İyl 23:39  
Digərləri BakıSumqayıt şosesində avtomobil aşıb, xəsarət alan var FOTO

Abşeron rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

arrow Ətraflı
Bakı sakinləri əsasən hansı rayonlara üz tutur? like
  • 22 İyl 23:28  
Digərləri Bakı sakinləri əsasən hansı rayonlara üz tutur?

Bakı sakinlərinin yayda əsasən hansı rayonlara üz tutduğu məlum olub.

arrow Ətraflı
Koronavirusun orqanizmə daha bir mənfi təsiri açıqlandı like
  • 22 İyl 23:07  
Digərləri Koronavirusun orqanizmə daha bir mənfi təsiri açıqlandı

"Orqanizmə daxil olan koronavirus erkən yaşlanma prosesini sürətləndi

arrow Ətraflı
Sürücülərin nəzərinə! Bu xətalara görə like
  • 22 İyl 23:03  
Digərləri Sürücülərin nəzərinə! Bu xətalara görə

Avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara g

arrow Ətraflı
Məmməd Arazın həyat yoldaşı vəfat etdi  FOTO like
  • 22 İyl 22:56  
Digərləri Məmməd Arazın həyat yoldaşı vəfat etdi FOTO

Xalq şairi Məmməd Arazın həyat yoldaşı Gülxanım Fətəliqızı bu gün

arrow Ətraflı
Prezident İlham Əliyev: Biz hər şeyi görürük, Xankəndini də, dəhlizi də like
  • 22 İyl 21:54  
Siyasət Prezident İlham Əliyev: Biz hər şeyi görürük, Xankəndini də, dəhlizi də

Ancaq statusa gəldikdə, bu gün orada 25 min adam yaşayır. Orada gedən pros

arrow Ətraflı
Üçtərəfli bəyanatın prinsiplərinə sadiqlik regionda sülh və sabitliyin təminatıdır like
  • 22 İyl 21:33  
Siyasət Üçtərəfli bəyanatın prinsiplərinə sadiqlik regionda sülh və sabitliyin təminatıdır

Üçtərəfli bəyanatın prinsiplərinə sadiqlik regionda sülh və sabitliyin

arrow Ətraflı
Azərbaycan Tacikistana 40 min doza “AstraZanesa” vaksini göndərib like
  • 22 İyl 21:12  
Digərləri Azərbaycan Tacikistana 40 min doza “AstraZanesa” vaksini göndərib

Azərbaycan Tacikistana humanitar yardım kimi COVID-19-a qarşı 40 min doza &q

arrow Ətraflı