Prezident İlham Əliyev: Müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır, amma pulu Ermənistana verirlər


Siyasət 22 İyl 2021 21:07:00 80 0

Prezident İlham Əliyev: Müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır, amma pulu Ermənistana verirlər

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində Avropa İttifaqının Ermənistana 2,6 milyard avro, Gürcüstana 2,3 milyard avro vəsait ayırmasına, Azərbaycana isə heç bir vəsait ayrılmamasına münasibət bildirib.

Son.az Trend-ə istinadən bildirir ki, dövlətimizin başçısı bu mövqeyi ədalətsiz adlandıraraq deyib: "Azərbaycana gəldikdə, 150 milyon avro rəqəmi səsləndirildi, amma konkret bizə deyilmədi bu, nə rəqəmdir və nə vaxt veriləcək, verilməyəcək, bunun şərtləri nədir? Əlbəttə, mən hesab edirəm ki, bu, ədalətsiz mövqedir. Çünki Azərbaycan Cənubi Qafqazın ən böyük ölkəsidir həm ərazisi, həm əhalisi, həm də potensialı baxımından. Bu günə qədər Cənubi Qafqaz ölkələrinə belə böyük məbləğdə vəsait verilmirdi. Yəni bu, onu göstərir ki, bu vəsait məhz müharibədən sonra verilir. Yəni, bu vəsaitin verilməsinin səbəbi müharibədir. Əks təqdirdə, 30 il bundan əvvəl verəydilər, niyə məhz indi verirlər? Əgər belədirsə, onda müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır. Azərbaycana bu vəsait verilməlidir".

Azərbaycan Prezidenti qeyd edib ki, 10 min kvadratkilometr ərazi tamamilə dağıdılıb, erməni vandalları tərəfindən məhv edilib. 100 minlərlə mina döşənilib və bütün binalar, tarixi binalar, bütün infrastruktur məhv edilib. "Amma pulu verirlər Ermənistana. Ermənistanda bir dağıntı var? Yoxdur. Mina döşəmişik orada? Yox. Bu qədər işğaldan əziyyət çəkən ölkə olub? Yox. Əlbəttə bu, ədalətsizdir. Bu məsələ ilə də bağlı əlbəttə, fikir mübadiləsi oldu. Cavab elə oldu ki, Azərbaycana elə bil ki, vəsait lazım deyil. Birincisi, bizə heç kim təklif etməyib, bizə təklif edin, mən deyərəm, bizə lazımdır, yoxsa yox. Amma bizə heç kim təklif etmədiyi halda deyirlər ki, Azərbaycana vəsait lazım deyil. Bəs azad edilmiş torpaqları biz bərpa edəsi deyilik? Milyardlarla dollar vəsait lazımdır, o, göydən düşür? Azərbaycan şəffaf bir ölkədir. Maliyyə resursları da bəllidir. Bəli, biz özümüzü təmin edən ölkəyik. Amma əgər bizə də Ermənistan kimi qrant olaraq vəsait verilsə, biz heç vaxt imtina etmərik, - deyə Azərbaycan Prezidenti əlavə edib.

Azərbaycan Prezidenti: 25 min insan üçün status yaratmaq hansı məntiqə sığır? like
  • 22 İyl 21:02  
Siyasət Azərbaycan Prezidenti: 25 min insan üçün status yaratmaq hansı məntiqə sığır?

Bu, süni şəkildə Azərbaycanın içində daim bir münaqişə ocağı yaratm

arrow Ətraflı
Azərbaycan Prezidenti: Bu gün Ermənistanın siyasi gündəliyini biz formalaşdırırıq like
  • 22 İyl 20:59  
Siyasət Azərbaycan Prezidenti: Bu gün Ermənistanın siyasi gündəliyini biz formalaşdırırıq

Bu gün Ermənistanın siyasi gündəliyini müəyyən dərəcədə, deyə bilm

arrow Ətraflı
Prezident İlham Əliyev: ErmənistanAzərbaycan sərhədində biz öz gündəliyimizi qəbul etdirdik like
  • 22 İyl 20:56  
Siyasət Prezident İlham Əliyev: ErmənistanAzərbaycan sərhədində biz öz gündəliyimizi qəbul etdirdik

Postmüharibə dövründə biz cəld tərpəndik, fəallıq göstərdik, öz gü

arrow Ətraflı
Azərbaycan Prezidenti: Biz həm müharibə, həm postmüharibə dövründə istədiyimizə nail olmuşuq like
  • 22 İyl 20:52  
Siyasət Azərbaycan Prezidenti: Biz həm müharibə, həm postmüharibə dövründə istədiyimizə nail olmuşuq

Biz həm müharibə dövründə, həm postmüharibə dövründə istədiyimizə

arrow Ətraflı
Azərbaycanda istehsal edilən minik avtomobillərinin sayı açıqlanıb like
  • 22 İyl 20:46  
Digərləri Azərbaycanda istehsal edilən minik avtomobillərinin sayı açıqlanıb

2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanda istehsal edilən minik avtomob

arrow Ətraflı
Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsi  VİDEO like
  • 22 İyl 20:36  
Siyasət Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsi VİDEO

Prezident İlham Əliyev bu gün Azərbaycan Televiziyasına müsahibə verib.

arrow Ətraflı
Prezident İlham Əliyev: Bizim Zəfərimiz Ermənistanın bütün ideoloji sütunlarını darmadağın edib like
  • 22 İyl 20:19  
Siyasət Prezident İlham Əliyev: Bizim Zəfərimiz Ermənistanın bütün ideoloji sütunlarını darmadağın edib

Ermənistanın məyusluğu davam edəcək. Çünki görünür ki, onlar hələ d

arrow Ətraflı
MEDİA ilk addımlarını atır, bütün təkliflərə açığıq like
  • 22 İyl 20:18  
Digərləri MEDİA ilk addımlarını atır, bütün təkliflərə açığıq

MEDİA ilk addımlarını atır, bütün layihələrdə təkliflərə açığıq

arrow Ətraflı
MEDİAnın təşkilatçılığı ilə Milli Mətbuat və Jurnalistika Günü qeyd edilib  FOTO like
  • 22 İyl 20:17  
Digərləri MEDİAnın təşkilatçılığı ilə Milli Mətbuat və Jurnalistika Günü qeyd edilib FOTO

Bu gün Dənizkənarı Milli Parkda Azərbaycan Respublikasının Medianın İnk

arrow Ətraflı
Ceyhun Bayramov Fransa Milli Assambleyasının üzvləri ilə görüşüb  FOTO like
  • 22 İyl 20:04  
Siyasət Ceyhun Bayramov Fransa Milli Assambleyasının üzvləri ilə görüşüb FOTO

22 iyul 2021-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər nazir

arrow Ətraflı
Azərbaycanda taksidən istifadə edən sərnişinlərin sayı açıqlandı like
  • 22 İyl 20:00  
Digərləri Azərbaycanda taksidən istifadə edən sərnişinlərin sayı açıqlandı

2021-ci ilin yanvar-iyun aylarında nəqliyyat sektorunda daşımaların həcmin

arrow Ətraflı
"Reynmen mahnımı götürüb, başqa sözlərlə yeni bəstə yazıb" like
  • 22 İyl 19:54  
Şou-biznes "Reynmen mahnımı götürüb, başqa sözlərlə yeni bəstə yazıb"

76 yaşlı müğənni Hakki Bulut gənc həmkarı Reynmenin onun musiqisindən

arrow Ətraflı