Prezident İlham Əliyev: Şarl Mişelin status, Dağlıq Qarabağ sözlərini işlətməməsi çox müdrik bir addım idi


Siyasət 22 İyl 2021 20:28:00 71 0

Prezident İlham Əliyev: Şarl Mişelin status, Dağlıq Qarabağ sözlərini işlətməməsi çox müdrik bir addım idi

Şarl Mişelin status, Dağlıq Qarabağ sözlərini işlətməməsi, əlbəttə, çox müdrik bir addım idi. Bu, dövlət xadiminin addımı idi. Biz bunu qiymətləndiririk və Ermənistan da bundan nəticə çıxarmalıdır. Nə status var, nə Dağlıq Qarabağ.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, Dağlıq Qarabağ Muxtar Vilayəti 1923-cü il iyulun 7-də süni qurum kimi yaradılmışdı. Sadəcə olaraq, o vaxt sovet hökumətində təmsil olunan ermənilər demək olar ki, bu qanunsuz və heç bir əsası olmayan qərarı qəbul etdilər və əlbəttə, Sovet Azərbaycanı o vaxt məcbur olub bununla razılaşıb, barışıb. Heç bizi soruşan da yox idi. Azərbaycan parlamenti müstəqillik bərpa olunandan bir ay sonra - 1991-ci ilin noyabrında Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv edib. Bu hamısı sənədlərdir, özü də qanuni şəkildə ləğv edib.

Bundan sonra nə üçün Dağlıq Qarabağ sözündən istifadə olunduğunu izah edən Prezident İlham Əliyev deyib: "Münaqişəyə görə. Beynəlxalq sənədlərdə də, ondan sonra danışıqlar masasında da, mən şəxsən özüm dəfələrlə Dağlıq Qarabağ sözünü işlətmişəm münaqişə ilə bağlı, ərazi ilə bağlı yox. Onu da bildirməliyəm ki, hər dəfə münaqişə ilə bağlı mən hansısa məsələyə toxunanda həmişə deyirdim Ermənistan-Azərbaycan Dağlıq Qarabağ. Heç vaxt Ermənistan-Azərbaycan demədən Dağlıq Qarabağ münaqişəsi sözünü işlətməmişəm. Bunun da səbəbi var, elə-belə deyil. Müharibə başa çatandan, münaqişə öz həllini tapandan sonra, əlbəttə, Dağlıq Qarabağdan danışmaq yersizdir. Ona görə mən demişəm ki, Azərbaycanda belə bir ərazi vahidi yoxdur. Əgər bu söz kiminsə xoşuna gəlirsə, mən etiraz etmirəm, getsinlər öz ölkələrində Dağlıq Qarabağ adlı bir vilayət yaratsınlar, yaxud da ki, bir rayon adlandırsınlar, ya cümhuriyyət yaratsınlar, onların işidir. Yəni, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı inzibati ərazi yoxdur və Şarl Mişelin bu sözləri işlətməməsi, əlbəttə ki, bizim mövqeyimizə göstərdiyi hörmətin əlaməti kimi qəbul edilməlidir. Status məsələsi də, həmçinin. Mən müharibə başa çatandan sonra noyabrın 10-da statusun yerini göstərmişdim. O, hələ oradadır və orada qalacaq yana-yana, əbədi. Ona görə bu məsələ ilə də bağlı başqa fikir ola bilməz".

Prezident İlham Əliyev: Bizim Zəfərimiz Ermənistanın bütün ideoloji sütunlarını darmadağın edib like
  • 22 İyl 20:19  
Siyasət Prezident İlham Əliyev: Bizim Zəfərimiz Ermənistanın bütün ideoloji sütunlarını darmadağın edib

Ermənistanın məyusluğu davam edəcək. Çünki görünür ki, onlar hələ d

arrow Ətraflı
MEDİA ilk addımlarını atır, bütün təkliflərə açığıq like
  • 22 İyl 20:18  
Digərləri MEDİA ilk addımlarını atır, bütün təkliflərə açığıq

MEDİA ilk addımlarını atır, bütün layihələrdə təkliflərə açığıq

arrow Ətraflı
MEDİAnın təşkilatçılığı ilə Milli Mətbuat və Jurnalistika Günü qeyd edilib  FOTO like
  • 22 İyl 20:17  
Digərləri MEDİAnın təşkilatçılığı ilə Milli Mətbuat və Jurnalistika Günü qeyd edilib FOTO

Bu gün Dənizkənarı Milli Parkda Azərbaycan Respublikasının Medianın İnk

arrow Ətraflı
Ceyhun Bayramov Fransa Milli Assambleyasının üzvləri ilə görüşüb  FOTO like
  • 22 İyl 20:04  
Siyasət Ceyhun Bayramov Fransa Milli Assambleyasının üzvləri ilə görüşüb FOTO

22 iyul 2021-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər nazir

arrow Ətraflı
Azərbaycanda taksidən istifadə edən sərnişinlərin sayı açıqlandı like
  • 22 İyl 20:00  
Digərləri Azərbaycanda taksidən istifadə edən sərnişinlərin sayı açıqlandı

2021-ci ilin yanvar-iyun aylarında nəqliyyat sektorunda daşımaların həcmin

arrow Ətraflı
"Reynmen mahnımı götürüb, başqa sözlərlə yeni bəstə yazıb" like
  • 22 İyl 19:54  
Şou-biznes "Reynmen mahnımı götürüb, başqa sözlərlə yeni bəstə yazıb"

76 yaşlı müğənni Hakki Bulut gənc həmkarı Reynmenin onun musiqisindən

arrow Ətraflı
Bu gün 17 mindən çox vaksin vurulub like
  • 22 İyl 19:50  
Digərləri Bu gün 17 mindən çox vaksin vurulub

Bu gün Azərbaycanda koronavirus əleyhinə 17 067 vaksin vurulub.

arrow Ətraflı
Azərbaycanda bu tələbələrin köçürülməsinə yol verilmir like
  • 22 İyl 19:48  
Digərləri Azərbaycanda bu tələbələrin köçürülməsinə yol verilmir

Akkreditə olunmayan xarici ali təhsil müəssisələrinin tələbələrinin Az

arrow Ətraflı
Aktrisanın ABŞda qazandığı uğur  FOTO like
  • 22 İyl 19:42  
Şou-biznes Aktrisanın ABŞda qazandığı uğur FOTO

Türkiyəli aktrisa Ece Hakim Harvard Universitetindən məzun olub. O, ABŞ uni

arrow Ətraflı
Yasa getməyib konsert verdi  FOTO like
  • 22 İyl 19:36  
Şou-biznes Yasa getməyib konsert verdi FOTO

Müğənni Alişanın yaxın dostu Demet Akalın qardaşının cənazəsinə qat

arrow Ətraflı
Büdcənin 6 aylıq gəlir və xərcləri ilə bağlı rəsmi məlumat like
  • 22 İyl 19:30  
Digərləri Büdcənin 6 aylıq gəlir və xərcləri ilə bağlı rəsmi məlumat

Dövlət büdcəsinin gəlirləri 12177,2 mln. manat proqnoza qarşı 11755,0 ml

arrow Ətraflı
Rusiyada koronavirusun “Qamma” variantı yayıldı like
  • 22 İyl 19:24  
Dünya Rusiyada koronavirusun “Qamma” variantı yayıldı

Rusiyada koronavirus infeksiyasının "Delta" kimi daha yoluxucu olan

arrow Ətraflı
Turizmin inkişafına ayrılan vəsaitlərin mənimsənilməsinə görə cinayət işi başlanıb like
  • 22 İyl 19:18  
Digərləri Turizmin inkişafına ayrılan vəsaitlərin mənimsənilməsinə görə cinayət işi başlanıb

Azərbaycan Respublikasının Hesablama Palatasından turizmin inkişafı məqs

arrow Ətraflı
Məşhur içki brendlərinin saxtasını Bərdədə hazırlayırlarmış like
  • 22 İyl 19:12  
Digərləri Məşhur içki brendlərinin saxtasını Bərdədə hazırlayırlarmış

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bərdə

arrow Ətraflı