MEDİAnın təşkilatçılığı ilə Milli Mətbuat və Jurnalistika Günü qeyd edilib FOTO


Digərləri 22 İyl 2021 20:17:00 168 0

MEDİAnın təşkilatçılığı ilə Milli Mətbuat və Jurnalistika Günü qeyd edilib  FOTO

Bu gün Dənizkənarı Milli Parkda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə Milli Mətbuat və Jurnalistika Gününə həsr olunan tədbir keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, tədbirdə əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra qalib ölkənin mediasını özündə əks etdirən "Milli Mətbuat günü-146 il" adlı video-çarx nümayiş olunub.

Tədbirdə çıxış edən MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, 146 illik Azərbaycan mətbuatı böyük və şərəfli inkişaf yolu keçib, bütün dövrlərdə qabaqcıl ictimai ideyaların carçısı olub.

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə çıxışında vurğulayıb ki, 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi "Əkinçi" qəzetini nəşr etdirməklə xalqı maarifləndirmək, onu dünyada baş verən ictimai-siyasi, mədəni, iqtisadi inkişafla tanış etmək məqsədini qarşıya qoyub.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Fazil Novruzov da tədbirdə çıxış edib. Xüsusən, 1998-ci ildə senzuranın ləğvindən sonra mətbuatın inkişaf etdiyini diqqətə çatdırıb.